Remart Group komandasına qoşul

Əmlak bazarı üçün yaratdığımız layihələrin
iştirakçılarından biri də sən ol!
Satış meneceri
İş barədə məlumat

- Müştərilərlə münasibətin yüksək səviyyədə qurulması, yeni müştəriləri cəlb etmək
- Satış hədəflərinin yerinə yetirilməsi
- Müştəri xidmətinin və məmnuniyyətinin təmin olunması
- Məhsullar haqqında ətraflı məlumat öyrənmək və müştərilərə yüksək səviyyədə təqdim etmək (şirkət tərəfindən təlimlər təşkil olunacaq);
- Müştəriyə məhsul haqqında tanıtım və satışın həyata keçirilməsi
- Tələbata uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
- Karyera yüksəlişi imkanı
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
- Şirkət daxili inkişaf imkanları
- Əmək haqqı+bonus

Namizədə tələblər

- Ali təhsil
- Ünsiyyətcil, gülərüz, xoşgörünüşlü
- Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Komanda ilə işləmə bacarığı
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı
- Şəxsi avtomobilin olması arzuolunandır
- Aktiv, məsuliyyətli, işində dəqiq olan kişi və ya qadın namizədlər müraciət edə bilər

İş rejimi: həftənin 6 günü, saat 09:00-dan 18:00-dək
Əmək haqqı namizədlə müsahibə zamanı müəyyən olunacaq.

Tələblərə uyğun kişi və ya qadın namizədlər mövzu yerinə vakansiya adını qeyd etməklə CV-lərini office@remart.az elektron ünvanına göndərə bilərlər.


Full-stack developer
İş barədə məlumat

Təcrübəli mütəxəssislərlə birgə, yüksək templə inkişaf edən startup ruhlu komandada işləmə imkanı. Xüsusi fərdi inkişaf planı əsasında yeni texnologiyaların, yanaşmaların və freymvörklərin tətbiqi, texnoloji boşluqların müəyyən edilərək aradan qaldırılması. Dərin fundamental biliklərə malik namizədlərə üstünlük veriləcək. Bilik və bacarığına güvənən tələbələr də müraciət edə bilər.

  • Agile metodologiyaya uyğun iş rejimi
  • Tam remote işləmə imkanı
  • Şirkətin web-layihələrinin hazırlanması, inkişafı və texniki dəstəyi
  • Mövcud web proqramların təkmilləşdirilməsi
  • Web-saytların və web-tətbiqlərin layihələndirilməsi, hazırlanması


Namizədə tələblər

  • Fundamental programlaşdırma (alqoritmlər, data strukturları)
  • PHP və Laravel Framework
  • Vue.js və ya digər Javascript framework
  • MySQL (proqramçı səviyyəsində sorğuları yazıb optimallaşdırmaq bacarığı)
  • Javascript, HTML5, CSS3
  • Bootstrap, jQuery
  • Web servis (RESTFul) prinsiplərini anlamaq
  • GIT VCS istifadə etmək bacarığı
  • Texniki səviyyədə ingilis və rus dili biliyi üstünlük kimi dəyərləndiriləcək
  • Səliqəli və oxunaqlı kod yazmaq bacarığı
  • Yeni texnologiyaları öyrənmə həvəsi və yüksək mənimsəmə qabiliyyəti
  • Komandada işləmə bacarığı

İş rejimi: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək.
Əmək haqqı: 700-1000 manat.

Maraqlanan şəxslər öz CV-lərini (içində gördükləri işlərin nümunələri,
GitHub profilinə keçid və s. olması üstünlükdür) mövzu yerinə vakansiya
adını qeyd etməklə office@remart.az elektron ünvanına göndərə bilərlər.


Kontent-menecer
İş barədə məlumat

- Müştərilərlə mütəmadi əlaqə saxlanılmaqla kontentin aktuallığının təmin edilməsi
- Mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi
- Sosial media postları üçün kontentlərin yazılması
- Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi (Facebook, Instagram, Linkedin)
- Sosial media üçün həftəlik nəşrlərin planının hazırlanması
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması
- Səhifənin günlük və aylıq hesabatlarının hazırlanması


Namizədə tələblər

- Azərbaycan, rus və ingilis dillərində normal danışıq
- Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl edilməsi
- Ofis (Word, Excel) programlarında işləmək bacarığı
- Punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə həvəsli
- Aktiv, məsuliyyətli, işində dəqiq olan kişi və ya qadın namizədlər müraciət edə bilər

İş rejimi: həftənin 6 günü, saat 09:00-dan 18:00-dək
Əmək haqqı namizədlə müsahibə zamanı müəyyən olunacaq.

Tələblərə uyğun kişi və ya qadın namizədlər mövzu yerinə vakansiya adını qeyd etməklə CV-lərini office@remart.az elektron ünvanına göndərə bilərlər.


Made on
Tilda