Şİrkətİnİzdə İnşaat proseslərİnİ tam avtomatlaşdırın

Remart Pro Construction

Hər bir inşaat şirkətinin sahibi gec-tez "İşi avtomatlaşdırmağa başlamağın vaxtı gəldimi" və "Tikintidə uçotun avtomatlaşdırılması necə olmalıdır?" kimi suallarla qarşılaşır.
Bu suallar özü ilə əlavə suallar yaradır:

  1. Tikinti biznesinin avtomatlaşdırılması üşün hansı proqram təminatını seçməli?

  2. Buna nail olmaq üçün hansı işlər görülməlidir?

  3. Proqram təminatının qurulması və saxlanılması neçəyə başa gələcək?

Bu sualların yaranması və artması artıq şirkətdə avtomatlaşdırmaya real ehtiyacın yaranmasının göstəricisidir.

Bazarda mövcud olan hər bir tikinti şirkəti üç əsas - balans, gəlir və xərclər, habelə pul vəsaitlərinin hərəkəti hesabatlarından əlavə ayrı-ayrı layihələr və bütövlükdə şirkət üzrə gəlirlilik, xərclər və marjalar səviyyəsini göstərən idarəetmə hesabatlarına malikdir.

Bu cür hesabatların siyahısı, onların quruluşu və məlumatların analizi qaydaları tikinti şirkətləri üçün idarəetmə uçotunun əsasını təşkil edir.

İdarəetmə uçotu bütün tikinti şirkətlərində bu və ya digər dərəcədə avtomatlaşdırılmışdır, baxmayaraq ki, bir-çoxu üçün bu iş Excel cədvəlləri səviyyəsində qurulub.

Ancaq başa düşməliyik ki, yüksək keyfiyyətli, etibarlı və aktual idarəetmə uçotunun mövcudluğu rəhbərlərə düzgün idarəetmə qərarları vermək və inşaat işlərini səriştəli aparmaq üçün "zəmin" yaradır.

Bu qərarların effektivliyi, əsaslı və ya intuitiv, vaxtında və ya gec olması alınan məlumatların keyfiyyətindən asılı olacaqdır.

Avtomatlaşdırma ilə bağlı qərar vermək üçün vacib faktor, aşağıda göstərilənlərdən biri və ya bir neçəsi ola bilər və səbəb nə qədər çox olsa, qərar qəbul etmə ehtimalı o qədər yüksəkdir:

  • Şirkətdə ümumi vəziyyətin aydın olmaması, yəni bu suala cavabın tapılmaması: "Nə üçün mühasibata görə mənfəət var, amma borcu vaxtında ödəmək üçün pul yoxdur";

  • Podratçılara və təchizatçılara ödənişlər gecikmələrlə, uzunmüddətli təsdiqetmə və yoxlama proseslərindən sonra edilir;

  • Hər bir konkret layihə kifayət qədər gəlirlilik göstərir, yəni gəlir və xərclər ayrılan büdcə çərçivəsindədir. Lakin ümumi şirkət üzrə illik nəticə nə rəhbərliyi, nə də təsisçiləri qane etmir;

  • Materialların tələb olunduğundan az və ya çox alınmasına, tikinti sahəsinə vaxtında gətirilməməsinə, eyni iş üçün iki dəfə pul ödənilməsinə, qrafikə uyğun olaraq artıq tamamlanmalı olan işə hələ başlanılmamasına görə "günahkar" axtarmaq norma hesab olunur;

  • Materialların silinməsi - hər ay "fərqli dillərdə" danışan mühasibin, mühəndisin və ustanın "sevimli işi";

  • İdarəetmə hesabatının hazırlanması bir saat deyil, günlərlə, həftələrlə çəkir;

  • "Bugünə" və ya "Həftəlik" rejimdə ən son məlumatları əldə etmək mümkün deyil. Ən yaxşı halda əvvəlki ayın məlumatlarını sonrakı ayın sonunda almaq olar.

Yuxarıda sadalananlardan şirkətinizə aid olan varsa, deməli avtomatlaşdırma zamanı gəlib və artıq keçir.

İnşaat proseslərinin avtomatlaşdırılması idarəetmə uçotunun əsas vəzifələrini həll etməyə imkan verəcək: planlama - icra - nəzarət - yenidən planlama - icra - nəzarət - və yenidən eyni proses.

Beləliklə, "Avtomatlaşdırma üçün vaxt gəlibmi?" sualını cavablandırdıqdan sonra "İnşaat prosesinin avtomatlaşdırılması üçün hansı proqramı seçmək lazımdır?" sualına keçək.

İnşaat sektoru üçün proqram təminatı: hansını seçməli?
Hazırda, Azərbaycanda tikinti biznesinin avtomatlaşdırılması üçün aşağıdakı proqramlardan istifadə olunur:

  • 1C proqram məhsulları. Tikinti sektoruna uyğunlaşdırmaq, o cümlədən hər şirkətin daxili biznes proseslərini nəzərə almaq üçün böyük həcmdə əlavə işlər tələb olunur.

  • Şirkətlərin özlərinin sifarişlə hazırlatdıqları proqramlar. Adətən, kustar şəkildə olmaqla bu sahənin standartlarına cavab vermir və böyük həcmdə vaxt və pul itkisindən başqa heç bir nəticəyə gətirmir.

  • Microsoft Office Excel. Ayrı-ayrı sahələrdə müəyyən hesabatlılıq yaratmaq üçün istifadə olunur.

  • Remart Pro Construction. Müasir və məhz bu sektor üçün hazırlanmış kompleks həll.

İnşaat şirkətini idarə etmək üçün proqram təminatı, biznesin məqsədlərinə və ehtiyaclarına uyğun olaraq seçilməlidir.


Nə üçün "Remart Pro Construction" diqqət yetirməyə dəyər bir həlldir?
İnşaat şirkətlərinin ehtiyacları ən tam şəkildə "Remart Pro Construction" modulu tərəfindən ödənilir. Proqramın layihələr və mərhələlər üzərindən qurulması onu kiçik tikinti firmalarından böyük holdinqlərə qədər müxtəlif şirkətlərdə işlətməyə imkan verir.

"Remart Pro Construction" proqramının köməyi ilə biznes, tikintinin bütün proseslərini bir sistemdə aparmaq imkanı əldə edir, yəni:

  • Korporativ qiymətləndirmə qaydalarına əsasən birbaşa sistemdə smetanın yaradılması: iş, resurs, əlavə xərclər və s.;

  • Layihənin mərhələlər üzrə planlaşdırılması, başlama və ya bitmə tarixlərinin təyin edilməsi;

  • Şirkətin müxtəlif şöbələri arasında qarşılıqlı əlaqənin yaxşılaşdırılması, tikinti sahəsi, təchizat, mühasibat uçotu analitikasının birləşdirilməsi;

  • Şirkətdə qəbul edilmiş büdcə idarəetməsinə əsasən layihənin əsas büdcəsinin yaradılması, sonradan yeni məlumatlar və iş faktı nəzərə alınmaqla yenilənməsi, aylıq və ya rüblük yeni büdcələrin təyin edilməsi və razılaşdırılması;

  • Büdcədən yayınma hallarının müəyən edilməsi. Plan-fakt analizi yalnız xərclərə nəzarət üçün deyil, həm də işin quruluşu və maliyyə axını kontekstində vəsaitlərin hərəkəti üçün də izlənilir: maddi, əmək, maşın və mexanizmlər;

  • Podratçılarla müqavilələrin və müqavilələr üzrə qarşılıqlı hesablaşmaların qeydlərinin aparılması - işlərin podratçı şirkətə ötürülməsi, müqavilələrdəki şərtlərin yerinə yetirilməsi, podratçılara ötürülən və aktivləşdirilmiş iş həcmlərinə nəzarətin həyata keçirilməsi;

  • Fiziki iş həcminin həyata keçirilməsinə nəzarət;

  • Plana uyğun material istehlakının izlənilməsi;

  • Vəsaitlərin silinməsi normalarına uyğun olaraq nomenklaturanın silinməsi;

  • Hesabatların birbaşa sistemdən çap etmək imkanı.

"Remart Pro Construction" modulunda büdcənin icrasının, gəlirlərin və xərclərin, maliyyə axınının, iş həcminin, resursların miqdarının və xərclərdəki plan-fakt yayınmalarının analizi üçün tikinti biznesini xeyli asanlaşdıracaq təxminən 30 hesabat var.

Avtomatlaşdırmanın əlavə üstünlükləri:
Şəffaflıq. Menecerin sənədlərdə kimin, nə vaxt və hansı dəyişiklikləri etdiyini izləmək imkanı var.

Rahat axtarış. Fayl tarixçəsinin saxlanması sayəsində istənilən zaman lazım olan faylı tapmaq və problemin kökünü tapmaq üçün sənəddəki dəyişikliklərin bütün xronologiyasına baxmaq mümkün olacaq. Bu xüsusilə müştərilər, təchizatçılar və tərəfdaşlarla ziddiyyətlər və ya anlaşılmazlıqlar yarandıqda faydalıdır.

Uzaqdan idarəetmə. İşçiyə olduğu məkandan asılı olmayaraq vəzifələrini yerinə yetirməyə imkan verir.

Qənaət. İşin avtomatlaşdırılması şirkətin resurslarına, o cümlədən vaxta qənaət edir. Məsələn, kargüzarlığın avtomatlaşdırılması kağız-çap işinin azalmasına xidmət edəcək.

İşin keyfiyyətinin yaxşılaşdırılması. Ümumən işçilərin vaxtını alan gündəlik rutin işlər avtomatlaşdırılır. Nəticədə işçilər başqa işlərə vaxt ayırır və rəhbərlik mövcud problemlərlə deyil, strateji məsələlərlə məşğul ola bilirlər.

Əlavə suallarla bağlı pulsuz konsultasiya və ya proqram təminatının sifarişi üçün +99450 289-11-09 nömrəsi ilə əlaqə saxlaya və ya saytdakı forma vasitəsilə müraciət edə bilərsiniz.

Bizimlə əlaqə
Remart Pro barəsində məlumatı necə aldınız?
Made on
Tilda